Kürdəmirdə ağır qəza - Vəzifəli şəxs öldü (FOTO)

16:51 - 27 İyul 2024

Kürdəmirdə ağır qəza - Vəzifəli şəxs öldü (FOTO)

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin