Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə salındı

13:45 - 27 İyul 2024

Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə salındı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinqi yarışının ilkin və final mərhələsi təxirə salınıb.  

 

Manset.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.  

Bu gün baş tutmalı olan mübarizə iyulun 29-da gerçəkləşəcək.  

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin