İran Prezidentinin andiçmə mərasiminin vaxtı dəyişdirildi

13:02 - 27 İyul 2024

İran Prezidentinin andiçmə mərasiminin vaxtı dəyişdirildi

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminin vaxtı dəyişdirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni dövlət başçısı iyulun 28-də and içərək, vəzifəsinin icrasına başlayacaq.

Mərasimdə ölkənin Ali dini lideri Ayətullah Seyyid Əli Xamenei, yüksək rütbəli hərbçilər, eləcə də müxtəlif ölkələrin səfirlik nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, bir müddət əvvəl İran Parlamentinin Rəyasət Heyətinin üzvü Müştəba Yusifi mərasiminin iyulun 30-da keçiriləcəyinə dair açıqlama vermişdi.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin