Bakıda ağacların dibi asfaltlandı - Qurum hərəkətə keçdi

12:10 - 27 İyul 2024

Bakıda ağacların dibi asfaltlandı - Qurum hərəkətə keçdi

Bakının Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsindəki vəziyyət müzakirələrə səbəb olub. 

 

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Görüntülərdən yolun kənarındakı səkidə çəpər çəkildiyi və piyadaların istifadəsi üçün çox az yerin qaldığı görünür. 

Bundan başqa, sözügedən küçədə asfaltlama işlərinin ağacların dibinə qədər aparıldığını da görmək mümkündür. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən cavab olaraq bildirilib ki, artıq ağacların dibi asfaltdan təmizlənib.

Həmin fotoları təqdim edirik:

 



Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin