Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
14:58 - 30 Oktyabr 2021
Rusiyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son sutkada 40 251 vahid artıb ki, bu da pandemiyanın başlanğıcından bəri yeni maksimumdur.
Manşet.az TASS-a istinadən xəbər verir ki, bunu yeni infeksiya ilə mübarizə üzrə federal operativ qərargahın şənbə günü dərc etdiyi məlumatdan görmək olar.
Nisbi ifadədə yoluxanların sayında artım 0,48% təşkil edib. Ümumilikdə, pandemiyanın başlanğıcından bəri, qərargahın məlumatına görə, 8 472 797 nəfər COVID-19-a yoluxub.
Koronavirusdan ölənlərin sayı son sutkada 1 160 nəfər nəfər təşkil edib. Bununla da virusun ölümcül nəticələndiyi halların ümumi sayı 237 380-ə çatıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin