Bakıda xanım sürücünün maşınından pulla dolu çantası oğurlandı - VİDEO

11:06 - 27 İyul 2024

Bakıda xanım sürücünün maşınından pulla dolu çantası oğurlandı - VİDEO

Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, polisə müraciət edən qadın sürücü “KİA” markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.


Xəbər xətti

18 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin