COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşdı

11:56 - 27 İyul 2024

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşdı

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb.

 

Manset.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşdı”, – paylaşımda qeyd olunub, həmçinin ümumilikdə 10 000-dən çox müsahibənin baş tutduğu və 7 000 namizəd müsahibədən uğurla keçdiyi vurğulanıb.

“Qəbul edilən namizədləri təbrik edir, iştirak edən hər bir kəsə minnətdarlığımızı bildiririk. Yaşıl dünya naminə bizimlə həmrəy olduğunuz üçün çox şadıq!”, – paylaşımda yazılıb.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin