Təbriz klubu Mahir Emrelini transfer etmək istəyir

11:36 - 27 İyul 2024

Təbriz klubu Mahir Emrelini transfer etmək istəyir

Təbrizin "Traktor" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.

 

Manset.az İran mətbuatına istinadən xəbər verir ki, artıq bu məqsədlə klubun rəhbərliyi 27 yaşlı azərbaycanlı futbolçu ilə danışıqlar da aparıb.

Lakin danışıqların yekunu barədə hər hansı məlumat verilmir.

Qeyd edək ki, Xorvatiya çempionu "Dinamo"da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi "Nürnberq"ə keçəcəyi gözlənilir.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin