Abşeronda 1 yaşlı körpə hovuzda boğuldu

10:30 - 27 İyul 2024

Abşeronda 1 yaşlı körpə hovuzda boğuldu

Abşeronda bir yaşlı körpə hovuza düşərək boğulub.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb.

2023-cü il təvəllüdlü Alpay Murad oğlu Rəcəbov yaşadığı evin həyətində hovuza yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin