"Əziyyət çəkdim, pulum yox idi" - Könül Kərimova

14:34 - 30 Oktyabr 2021

Əməkdar artist Könül Kərimova bir çox məşhur mahnının bəstəkarı olduğunu açıqlayıb.

Manşet.az xəbər verir ki, müğənni bu haqda "Xəbər-ətər" proqramında deyib. O bildirib ki, tələbə vaxtlarından bəstəkarlığa başlayıb:

"Yar başına dönüm" mahnısını da özüm bəstələmişəm. Məktəbdə oxuyan vaxtlarımda mahnı yazırdım, amma onu haradasa qeyd etməyə imkanım yox idi. Oxuyurdum, üç-dörd gün sonra yaddan çıxırdı. Çox əziyyət çəkirdim, pulum, imkanım yox idi. Pul yox idi bəstəkardan mahnı alım, tanınmaq istəyirdim. Ağlayırdım ki, əziyyət çəkirəm, amma məni tanımırlar. İndi də bir çox mahnının bəstəkarının mən olduğumu bilmirlər".

Axşam.az


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin