Futbolçumuzdan Bolqarıstanda mövsümün ilk qələbəsi

00:01 - 27 İyul 2024

Futbolçumuzdan Bolqarıstanda mövsümün ilk qələbəsi

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatının 2024/2025 mövsümündə ilk qələbəsini qazanıb.

 

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, onun çıxış etdiyi "Arda" 2-ci turda öz meydanında "Krumovqrad"la qarşılaşıb.

Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol oyunun 21-ci dəqiqəsində vurulub.

Start heyətində yer alan azərbaycanlı futbolçu fasilədə əvəzlənib. Hüseynov 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Arda" növbəti turda çempion "Lüdoqorets"in qonağı olacaq.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin