Göygöldə qadın bıçaqlandı - 17 yaşlı oğlu saxlanıldı

20:04 - 26 İyul 2024

Göygöldə qadın bıçaqlandı - 17 yaşlı oğlu saxlanıldı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, S. Nəsibova öz oğlu tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin