Partiyasını buraxan deputat yenidən namizəd oldu

18:48 - 26 İyul 2024

Partiyasını buraxan deputat yenidən namizəd oldu

Milli Məclisin deputatı Sabir Hacıyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 91 saylı Göyçay seçki dairəsidnən namizədliyini irəli sürüb.

 

Manset.az xəbər verir ki, bu barədə Dairə Seçki Komissiyası Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Məlumata görə, o, artıq müvafiq sayda imza toplayıb və imza vərəqələrini komissiyaya geri qaytarıb.

Sabir Hacıyev 1954-cü ildə Göyçay şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. O, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Deputat Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasının sədri olub. Partiya ötən il fəaliyyətini dayandırıb. Daha sonra Sabir Hacıyev parlamentdə bitərəf deputat kimi fəaliyyətini davam etdirib.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin