Almaniya kansleri büdcə israfçılığı ilə bağlı qalmaqal yaşayır

17:33 - 26 İyul 2024

Almaniya kansleri büdcə israfçılığı ilə bağlı qalmaqal yaşayır

Almaniya Kansleri Olaf Şolts uçuşlara görə ölkə büdcəsindən həddindən artıq vəsait xərclədiyi üçün qalmaqal yaşayır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şolts başda olmaqla Almaniya Nazirlər Kabinetinin üzvlərinin futbol üzrə Avropa çempionatının oyunlarına dövlət təyyarələri ilə getdikləri və buna 531 min avro (təxminən 978,5 min manat) xərclədikləri məlum olub.

Siyasətçilər altı oyun üçün hər iki istiqamətdə 12 uçuş həyata keçiriblər.

Həmçinin, fotoqraf və vizajçılara həddindən artıq pul xərcləməkdə günahlandırılan Almaniyanın xarici işlər naziri Annalena Berbok da tənqidlərə məruz qalıb.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin