"Mənə sui-qəsd olsa, ABŞ bu ölkəni siləcək" - Tramp

17:06 - 26 İyul 2024

İran mənə sui-qəsd etsə, ümid edirəm, ABŞ İslam Respublikasını yer üzündən siləcək.

 

Manset.az xarici mediaya istinadən bildirir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp sosial media hesabında yazıb.

"Əgər onlar mənə sui-qəsd etsələr - bu, həmişə mümkündür - ümid edirəm, ABŞ İranı məhv edib, onu yer üzündən silər. Bu baş verməsə, Amerika liderləri cəsarətsiz qorxaqlar hesab olunacaqlar", - Tramp bildirib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin