Nazirlikdə “Volqa” yeyintisi - FOTO
15 Yanvar 2025
16:45 - 26 İyul 2024
Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Braziliya millisi ilə Yay Olimpiya Oyunlarına yollanan 71 yaşlı keçmiş yarımmüdafiəçinin 500 min avro dəyərində portfeli oğurlanıb.
O, iyulun 25-də sözügedən şəhərdə taksiyə minib. Naməlum şəxs sürücünün yanına qaçaraq onun diqqətini yayındırıb. Bu zaman digər cinayətkar Zikonun portfelini götürüb və qaçıb.
Çantada bahalı saat, brilyantlar, nağd pul və müxtəlif zinət əşyaları olub. Parisin hüquq-mühafizə orqanları işlə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin