Şoyqunun ən yaxın adamlarından biri həbs edildi

16:15 - 26 İyul 2024

Şoyqunun ən yaxın adamlarından biri həbs edildi

Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun vaxtında Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təchizat xidmətinin müavini vəzifəsində çalışmış general Dmitri Bulqakov korrupsiya işi ilə bağlı saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Müdafiə Nazirliyinin keçmiş rəis müavini Dmitri Bulqakov həbs edilib

Qeyd olunur ki, məhkəmə Dmitri Bulqakov barədə həbs qətimkan tədbiri seçib.

Məlumat üçün əlavə edək ki, Rusiyanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini olmuş general Dmitri Bulqakov 2022-ci ilin 24 sentyabrda vəzifəsindən azad edilib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin