Ərəblər "Barselona"nın bu hücumçusunu alır

15:45 - 26 İyul 2024

Ərəblər

“Barselona”nın hücumçusu Vitor Roke Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun transfer hədəfinə çevrilib.

 

Manset.az xarici KİV-ə istinadla bildirir ki, “Əl-Hilal” futbolçunu almaq üçün artıq “Barselona” ilə əlaqə saxlayıb. Qeyd olunur ki, sövdələşmənin taleyi forvardın özünün qərarından asılı olacaq.

Xatırladaq ki, 19 yaşlı futbolçu 2024-cü ilin yanvarında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Transfer məbləği 40 milyon avro olub. Transfermarkt Rokeni 40 milyon avro dəyərində qiymətləndirir.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin