"Qalatasaray"ın müdafiəçisi Rusiya klubuna keçir

15:00 - 26 İyul 2024

"Qalatasaray"ın 21 yaşlı sol cinah müdafiəçisi Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Karataş icarə əsasında "Orenburq"un formasını geyinəcək. 

Qeyd edək ki, sözügedən oyunçu 2022-ci ildən "Qalatasaray"dadır. O, ötən mövsüm "Ankaragücü"də icarədə olub və 24 matça çıxıb.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin