“Mətin oradan 1 saniyə gec çəkilsə idi, ayağını itirəcəkdi” - Prodüserdən açıqlama

14:26 - 26 İyul 2024

“Mətin oradan 1 saniyə gec çəkilsə idi, ayağını itirəcəkdi” - Prodüserdən açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün "Madteen” ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin qəzadan son anda qurtulma görüntüləri yayılıb.

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlanılıb.

Müğənninin prodüseri Balkanın sözlərinə görə, sənətçi hələ də hadisənin təsirindən çıxa bilməyib:

"Hadisə Bakıxanov rayonu ərazisində baş verib. Qarşı yoldan gələn taksi sürücüsü səhhətində yaranan problemə görə idarəetməni itirərək qarşı yola çıxıb və Mətinin avtomobilinə çırpılıb. Bir saniyənin belə hökmü var imiş. Mətin ordan 1 saniyə gec çəkilsə idi, bu gün bəlkə də ayağını itirmiş olacaqdı". 

Prodüser deyib ki, müğənni ağır psixoloji travma yaşayır: 

"O maşını da təzə almışdı. Amma təbii ki, onu üzən daha çox illərdir tanıdığı avtoyumada işləyən gəncin yaralanmasıdır. O, iki avtomobil arasında qalaraq əzilib, vəziyyəti çox ağırdır. Hazırda reanimasiyadadır. Buna görə Mətin psixoloji olaraq çox böyük travma yaşayır. Digər avtomobildəki sürücü də yaralanıb amma vəziyyəti normaldır".


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin