DƏHŞƏT! Qız hər kəsin gözü önündə anasını bıçaqladı - VİDEO

12:32 - 26 İyul 2024

DƏHŞƏT! Qız hər kəsin gözü önündə anasını bıçaqladı - VİDEO

Türkiyənin Ankara şəhərində anası ilə mübahisəsi yaranan qadın eyvanda ona bıçaqla hücum edib.

 

Manset.az xarici mediaya istinadən bildirir ki, psixoloji pozuntusu olan D.K. adlı qadın anası Z.K. ilə yaşadıqları binanın eyvanında mübahisə etməyə başlayıb. Daha sonra D.K. mətbəxdən bıçağı götürərək anasına hücum çəkib. Qadın kömək çağırmağa başlayıb və yaxınlıqda yaşayanlar polisə xəbər veriblər. Hadisə yerinə qısa zamanda polis, xilasetmə və sağlamlıq qrupları cəlb ediliblər.

Xəsarət alan ana ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onun müalicə altında olduğu və vəziyyətinin yaxşı olduğu bildirilib.

Anasını bıçaqlayan qadın isə nəzarət altına alınıb və məsələ ilə bağlı istintaq başladılıb.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin