Lənkəranda avtomobil ağaca çırpıldı - VİDEO

12:39 - 26 İyul 2024

Lənkəranda avtomobil ağaca çırpıldı - VİDEO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.  

 

Manset.az xəbər verir ki, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb.  

Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi KIA markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıblar, daha sonra onu aidiyyəti üzrə təhvil veriblər.  G.Hüseynli təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib.  Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin