MSK nəticələri Konstitusiya Məhkəməsinə təqdim etdi
16 Sentyabr 2024
12:39 - 26 İyul 2024
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi KIA markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıblar, daha sonra onu aidiyyəti üzrə təhvil veriblər. G.Hüseynli təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin