Sezen Aksudan 11 min manat oğurladılar

11:56 - 26 İyul 2024

Sezen Aksudan 11 min manat oğurladılar

“Kimsəsiz uşaqlar” üçün ianə topladıqlarını bildirən fırıldaqçılar Türkiyənin məşhur müğənnisi Sezen Aksudan təxminən 220 min lirə pul alıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur müğənni Sezen Aksu Türkiyədə son vaxtlar geniş yayılan telefon fırıldaqçılığının qurbanı olub.

Əldə olunan məlumata görə Sezen Aksuya Beyoğlu Bələdiyyə sədrinin müavini kimi zəng edən fırıldaqçılar kimsəsiz uşaqlar üçün ianə topladıqlarını bildiriblər.

Müğənni ilkin mərhələdə zəng edənlərin hesabına 220 min TL (11.321 AZN) göndərib.

Daha sonra Aksunun köməkçisi şübhələnərək bələdiyyəyə zəng edib. Bələdiyyə rəsmiləri isə belə bir kampaniyanın olmadığını bildirdilər. 

Bu məlumatdan sonra məşhur müğənni polisə müraciət edib.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin