Rus zabitini öldürmək istəyən şəxs Bodrumda belə tutuldu - VİDEO

11:21 - 26 İyul 2024

Rus zabitini öldürmək istəyən şəxs Bodrumda belə tutuldu - VİDEO

Moskvanın şimalında hərbçinin avtomobilini partlatmaqda şübhəli bilinən Yevgeni Serebryakov adlı rusiyalı Bodrumda saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serebryakov Türkiyədən Rusiyaya aparılıb.

Onun barəsində qətlə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi başladılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə isə, həmin şəxs hadisəni Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirdiyini etiraf edib. Bildirilir ki, o, 2023-cü ilin fevralında öz təşəbbüsü ilə Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb. Ona 10 min dollardan 20 min dollara qədər ödəniş, eləcə də Ukrayna vətəndaşlığının verilməsinin vəd edildiyi vurğulanıb. 

Xatırladaq ki, hadisə iyulun 24-də baş verib. Andrey Torqaşov adlı hərbçi avtomobilinə əyləşmək istəyərkən partlayış baş verib. Nəticədə hərbçi və həyat yoldaşı yaralanıb. İnsidentdən sonra Serebryakov Türkiyəyə qaçıb və orada saxlanılıb. Onun oradan Yunanıstana getmək istədiyi ehtimal edilir.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin