"Spartak"dan "Qalatasaray"a 8 milyonluq təklif

11:11 - 26 İyul 2024

Moskva "Spartak"ı sağ cinah müdafiəçisi Derrik Köhnün transferi üçün "Qalatasaray"a rəsmi təklif göndərib.

 

Manset.az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Erkan Süzgün yayıb.

Şəkil fonu

Xəbərə görə, Rusiya təmsilçisinin 8 milyon avriluq təklifi rədd edilib. Mənbə "aslanlar"ın baş məşqçisi Okan Burukun almaniyalı futbolçunun çıxışından razı olduğunu və onun heyətdə qalmasını vacib saydığını vurğulayıb.

Qeyd edək ki, Köhn "Qalatasaray"da bu ilin fevral ayından çıxış edir. İstanbul nəhənginin forması ilə 15 matça çıxmağa imkan tapan arxa xətt oyunçusu 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "sarı-qırmızılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

 

 

Fidan Ceyhunqızı

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin