"Həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk" Dövlət Departamenti
16 Sentyabr 2024
11:11 - 26 İyul 2024
Moskva "Spartak"ı sağ cinah müdafiəçisi Derrik Köhnün transferi üçün "Qalatasaray"a rəsmi təklif göndərib.
Manset.az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Erkan Süzgün yayıb.
Xəbərə görə, Rusiya təmsilçisinin 8 milyon avriluq təklifi rədd edilib. Mənbə "aslanlar"ın baş məşqçisi Okan Burukun almaniyalı futbolçunun çıxışından razı olduğunu və onun heyətdə qalmasını vacib saydığını vurğulayıb.
Qeyd edək ki, Köhn "Qalatasaray"da bu ilin fevral ayından çıxış edir. İstanbul nəhənginin forması ilə 15 matça çıxmağa imkan tapan arxa xətt oyunçusu 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "sarı-qırmızılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Fidan Ceyhunqızı
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin