"Windows"un qlobal nasazlığını aradan qaldıran işçilərə qəribə mükafat verildi

10:09 - 26 İyul 2024

"Windows"dakı qlobal kəsintini aradan qaldıran "CrowdStrike" əməkdaşlarına 10 dollarlıq hədiyyə kartları verilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, mütəxəssislərin şirkət hesabına bir fincan qəhvə və ya qəlyanaltı ala bilməsi üçün edilib.

İT mütəxəssisləri keçən həftə qlobal nasazlıqdan sonra kompüterləri bərpa etmək üçün saatlarla çalışıblar.

Qeyd edək ki, qlobal problem "Microsoft"un Avropa Komissiyası ilə razılaşması səbəbindən yaranıb. Buna əsasən, şirkət Avropa qurumuna öz əməliyyat sisteminə tam girişi təmin etməyi öhdəsinə götürüb.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin