Uşaqlarınız dişlərini fırçalayarkən bunlara diqqət edin, yoxsa...

08:30 - 26 İyul 2024

Uşaqlarınız dişlərini fırçalayarkən bunlara diqqət edin, yoxsa...

Hər kəsə məlumdur ki, uşaqlar üçün nəzərdə tutulan diş pastaları uşağın yaşına görə kateqoriyalara bölünür.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, körpənin ilk dişləri 4-8 aylarında görünür.

Bu zamandan etibarən övladınıza ağız boşluğunun gigiyenasına diqqət yetirməyi tədricən öyrətməyə başlaya bilərsiniz.

Bu kateqoriyadan olan pastalar emayedən lövhə və qida qalıqlarını yumşaq bir şəkildə təmizləyir, həmçinin dişlərin çıxması nəticəsində iltihablanan diş ətlərini sakitləşdirir.

3 yaşdan 6 yaşa qədər uşaqların süd dişlərində kariyes əmələ gələ bilər. Bu yaş aralığı üçün diş pastaları mina gücləndirmək üçün kalsiumla zənginləşdirilib.

6 yaşdan 10 yaşa qədər olan dövrdə süd dişləri daimi olanlarla əvəz olunur. Buna görə də pasta hər iki növ diş üçün yüksək keyfiyyətli və təhlükəsiz qulluq təmin etməlidir.

Belə pastalara flüoridlər əlavə olunur ki, bu da minanın qoruyucu xüsusiyyətlərini artırır və onu turşuların təsirindən qoruyur.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin