Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
20:21 - 25 İyul 2024
Mərakeşdə isti hava səbəbindən 21 nəfər ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mərakeş Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin mərkəzi hissəsində yerləşən Beni Mellal şəhərindəki xəstəxanada həddindən artıq isti hava səbəbindən 21 ölüm hadisəsinin qeydə alındığı bəyan edilib.
Həyatını itirənlərdən 17-nin xəstəxanada müalicə olunan xəstələr olduğu bildirilib.
Ölənlərin əksəriyyəti xroniki xəstəliklərdən əziyyət çəkən xəstələr və qocalar olub.
Qeyd olunub ki, temperaturun ciddi şəkildə yüksəlməsi həmin şəxslərin vəziyyətlərinin pisləşməsinə və ölümlərinə səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin