Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
12:52 - 30 Oktyabr 2021
Ukrayna ordusu silahdan yalnız Donbassda düşmən tərəfindən sükut rejiminin pozulmasına cavab olaraq istifadə edir”.
Manşet.az “TASS”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Odessa vilayətində jurnalistlərlə söhbəti zamanı deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri sahib olduqları silahlardan yalnız dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün istifadə edirlər.
Bununla yanaşı, Zelenski ukraynalı hərbçilər tərəfindən Donbassda “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə edilməsinə dair müxtəlif dövlətlərin reaksiyalarına dair suala da münasibət bildirib.
“Biz hücum etmirik, sadəcə cavab veririk. Yeri gəlmişkən, biz atəşkəs razılaşmalarına uyğun olaraq cavab veririk. Ukrayna məhz bu formatda hərəkət edəcək”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ukraynalı hərbçilərin oktyabrən 26-sı ilk dəfə olaraq Donbassda “Bayraktar”dan istifadə etdiyini təsdiq edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin