Təyyarədə qadın sərnişinlərin yanında kişilər əyləşə bilməyəcək

01:00 - 25 İyul 2024

Təyyarədə qadın sərnişinlərin yanında kişilər əyləşə bilməyəcək

Hindistanın aşağıbüdcəli aviaşirkəti “IndiGo” qadın sərnişinlərlə bağlı dünyada bir ilkə imza atıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilk dəfə olaraq qadınlara uçuş zamanı qeydiyyatdan keçərkən təyyarədə kişi sərnişlərin yanında oturmamaq üçün seçim təklif ediləcək.

Belə ki, yenilik vasitəsilə qadın sərnişinlər təyyarədə hansı oturacaqların başqa qadınlar tərəfindən sifariş edildiyini görə biləcək. Qadınların rezerv etdiyi oturacaqlar çəhrayı rəngdə olacaq və kişilərə bu məlumat göstərilməyəcək. Yalnız mövcud oturacaqları görə biləcəklər.

Yeni dəyişiklik qadınların, xüsusən də dostları və ya ailələri olmadan səyahət edərkən özlərini daha rahat hiss etmələri üçün nəzərdə tutulub. Qeyd olunub ki, bu alternativ müştəri sorğusu nəticəsində həyata keçirilib. 

Bildirilib ki, yenilik 2024-cü ilin avqust ayından təqdim olunacaq.


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin