Ölkədə nağdsız alış-verişlə bağlı problem yarandı

23:15 - 24 İyul 2024

Ölkədə nağdsız alış-verişlə bağlı problem yarandı

Ölkə üzrə pos-terminalların və ödəmə aparatlarının işində nasazlıq yaranıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, əsasən Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, eləcə də Nəsimi rayonunda pos-terminallar və ödəmə aparatları işlək vəziyyətdə deyil.

"Azərikard"dan bildirilib ki, şəbəkə xətası ola bilər. Hazırda bu istiqamətdə ölkə üzrə çətinlik yaşanır.


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin