Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş" müsabiqəsinin qalibi oldu

22:00 - 24 İyul 2024

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş

"Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub".

 

Bu barədə Manset.az-a Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

"Bu gün qaliblərinin adları müəyyənləşib. Ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki finalı 19-21 iyul tarixlərində baş tutdu. “Baku Ekspo Mərkəzi”ndə keçirilən final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü mövsümün qaliblərindən3 nəfərin Vəkillər Kollegiyasının üzvləri olduğunu bilmək xüsusilə qürur vericidir. Bu öz növbəsində son illər ərzində vəkilliyə qəbul olunan həmkarlarımızın nə qədər yüksək ixtisaslı kadr olmalarının, vəkilliyin böyük potensialının təsdiqidir. Müsabiqə qalibi olan həmkarlarımızı böyük vəkil ailəsi adından ürəkdən təbrik edirəm və hər birinə gələcək karyeralarında uğurlar diləyirəm. Qalib vəkillərimiz Şahlar Məmmədov, Rüfət Məmmədxanlı, Eyyub Fətəliyevdir", - sədr bildirib.


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin