Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
20:35 - 24 İyul 2024
Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Manset.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq "Bizim.media" yayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin