"COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq" - Saymon Still

19:22 - 24 İyul 2024

COP29 iqlim dəyişikliyi məsələsinin gündəmdə saxlanılmasında mühüm rol oynayacaq.

 

Manset.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının ofisində keçirilən görüş zamanı BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still bildirib.

O deyib ki, dünyada 98 faiz insan iqlim infrastrukturu ilə bağlı problemlərin olduğu regionlarda yaşayır:

"Mən burada bir müddət əvvəl baş verən qasırğaları xatırlatmaq istəyirəm. Biz hesab edirik ki, hər kəs üçün əsas məqsəd sağlam gələcək uğrunda çalışmaq olmalıdır. Dubayda keçirilən COP28 sammitində bir çox ciddi məsələlər müzakirə olunmuşdu. Onlardan biri də Bakıda keçiriləcək COP29-un gündəminin formalaşdırılması ilə bağlı idi".

"Bu mötəbər tədbirin təşkilində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu var. COP29 bütün ölkələr üçün iqlim dəyişikliyi məsələsində istər fəaliyyətin tənzimlənməsi, istərsə də gözləntilərin müəyyənləşdirilməsi baxımından mühüm platforma olacaq", - deyə o əlavə edib.


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin