Britaniyanın ən titullu idmançısı diskvalifikasiya edildi - SƏBƏB

17:18 - 24 İyul 2024

Britaniyanın ən titullu idmançısı diskvalifikasiya edildi - SƏBƏB

Beynəlxalq Atçılıq Federasiyası (FEI) britaniyalı olimpiya çempionu Şarlotta Düjardeni 6 ay müddətinə diskvalifikasiya edib.

 

Manset.az sözügedən qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, heyvanlara qarşı sərt rəftarına görə cəzalandırılıb.

Düjarden ata qarşı amansız rəftarı ilə bağlı 4 il öncə çəkilən qalmaqallı video ortaya çıxandan sonra özü Paris-2024-də iştirakdan imtina edib.

Xatırladaq ki, 39 yaşlı Şarlotta üçqat olimpiya çempionudur. O, Olimpiya Oyunlarında qazandığı medalların sayına görə ölkəsinin ən titiullu iki idmançısından biridir. Düjarden bu göstəricidə velosipedçi Lora Kenni ilə zirvəni bölüşür.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin