Yunanıstanın bütün addımlarını izləyirik - Ərdoğan

17:12 - 24 İyul 2024

Yunanıstanın bütün addımlarını izləyirik - Ərdoğan

Yunanıstanın bütün addımlarını izləyirik.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə lazım gələndə müdaxilələr də edir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bütün ölkələrlə dostluğu möhkəmləndirməyə, dostlarının sayını artırmağa çalışır: “Uzadılan heç bir əli havada saxlamırıq”.

Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias daha əvvəl bildirmişdi ki, onlar bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərlər.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin