İran parlamentində dava düşdü - VİDEO

15:38 - 24 İyul 2024

İran parlamentində dava düşdü - VİDEO

İran İslam Respublikası parlamentinin bugünkü iclasında gərginlik baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, parlament iclasında Bukan vilayətinin deputatı Məhəmməd Qəsim Osmani internetin filtrlənməsinin aradan qaldırılması ilə bağlı təklif etdiyi qanun layihəsinin qəbul edilmədiyini açıqlayıb. Bu isə parlament iclasında bir neçə dəqiqəlik gərginliyə səbəb olub.

Qeyd edək ki, İranda internetin senzurası davam edir və bir çox saytlara giriş qadağan edilib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin