ABŞ polisindən dəhşətli cinayət - VİDEO/FOTO

14:56 - 24 İyul 2024

ABŞ polisindən dəhşətli cinayət - VİDEO/FOTO

Tez-tez qətl xəbərləri ilə gündəmə gələn ABŞ polisi yeni qalmaqal yaradıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, əslən qaradərili olan 36 yaşlı Sonya Massey gecə 911-ə zəng edərək bağında kiminsə olduğu ilə bağlı polisə şikayət edib. Hadisə yerinə gələn polislər axtarış apardıqdan sonra qadının evinə gediblər və ondan şəxsiyyət vəsiqəsini gətirməyi tələb ediblər.

Daha sonra aralarında yaşanan mübahisə zamanı qadının yalvarmasına baxmayaraq, məmurlardan biri onu 3 atəş açaraq qətlə yetirib. 

Evin bağçasında olan kamera görüntüləri qeydə alıb və ABŞ rəsmiləri tərəfindən cinayət təsdiqlənib.

Faktla bağlı cinayət işi açılıb.

ABD polisinden korkunç cinayet! Evine çağırdığı polis başından vurdu

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin