Məleykə Abbaszadəyə 2 müavin təyin edildi - FOTOLAR

14:40 - 24 İyul 2024

Məleykə Abbaszadəyə 2 müavin təyin edildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilib.


Manset.az DİM-in saytına istinadən xəbər verir ki, Namiq Babayev və Bəhram Xəlilov DİM İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.

N.Babayev və B.Xəlilov isə DİM-in Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra ediblər.

Qeyd edək ki, Prezidentin ötəngünkü Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.



Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin