Mariya Zaxarovanın azərbaycanlı jurnalistlə pozitiv dialoqu - VİDEO

14:35 - 24 İyul 2024

Mariya Zaxarovanın azərbaycanlı jurnalistlə pozitiv dialoqu - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün keçirdiyi brifinq əhəmiyyətli mövzuların izahı ilə yanaşı səmimi məqamlarla da yadda qalıb. Belə ki, o, Azərbaycanın CBC kanalının müxbiri Brilliant İslamova ilə zarafatlaşıb və ona kompliment deyib.


Manset.az-ın verdiyi məlumata görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Kadrlardan görünür ki, azərbaycanlı müxbir özünü təqdim etdikdən sonra Zaxarova ondan maraqlı bir xahiş edib:

"Olar ki, bundan sonra mən "CBC kanalı bizimlədirmi?" deyə soruşanda siz "Brilliant sizinlədir" deyəsiniz" - deyə Rusiya XİN sözçüsü xahişini bildirib.

Zaxarova həmçinin jurnalisti gördükdə əhvalının yüksəldiyini vurğulayıb və ətrafına belə pozitivlik yaydığı üçün İslamovanın valideynlərinə təşəkkürünü bildirib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin