Aİ Ukraynanın yenidən qurulması üçün 4,2 milyard avro yardım edəcək

14:17 - 24 İyul 2024

Aİ Ukraynanın yenidən qurulması üçün 4,2 milyard avro yardım edəcək

Avropa İttifaqının (Aİ) səfirləri Ukraynanın yenidən qurulmasına və dövlət idarəçiliyinin saxlanmasına dəstək olmaq üçün yaradılmış fond çərçivəsində təxminən 4,2 milyard avro dəyərində ilk ödənişin göndərilməsini təsdiqləyiblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Ukraynanın makromaliyyə sabitliyini, dövlət idarəçiliyinin fəaliyyətini və yenidən qurulmasını dəstəkləmək üçün “Ukrayna aləti” adlı fond çərçivəsində 2024-2027-ci illər üçün 50 milyard avro qrant və kredit ayırmağı hədəfləyib.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin