ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng etdi
16 Sentyabr 2024
12:58 - 24 İyul 2024
Rusiyalı zabit Andrey Torqaşovun maşınının altına partlayıcı qurğunun qoyulduğu anın görüntüləri yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
"Hadisə Moskvada Sinyavinskaya küçəsində baş verib. Kişi və qadın park edilmiş "Toyota Land Cruiser" avtomobilinə mindikdə partlayış baş verib. İlkin məlumata görə, kişinin pəncələri qopub, qadın qəlpə yaraları alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər", - deyə agentliyin müsahibi deyib.
Bildirilir ki, yerli vaxtla saat 2:28-də açıq rəngli sviter geyinmiş gənc "Toyota Land Cruiser"ə yaxınlaşıb və sürücü oturacağının altına partlayıcı qurğu yerləşdirib.
Qeyd edək ki, həkimlərin sözlərinə görə, A.Torqaşov partlayışdan sonra soyuqqanlılığı və vaxtında özünə yardım etməsi sayəsində sağ qalıb. O, hələ avtomobilin içində ikən ayaqlarını sarımağa başlayıb. Daha sonra yoldan keçənlər onu maşından uzağa aparıblar və sonra da zabitin həyat yoldaşına kömək ediblər.
Partlayış zamanı zərərçəkmiş sürücü ağır vəziyyətdədir. O, reanimasiya şöbəsindədir. Həyat yoldaşı ciddi xəsarət almayıb. Xəstəxanada onun huşunun yerində olduğu vurğulanıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin