Bakıda gənc qız özünü binadan atdı

11:47 - 24 İyul 2024

Bakıda gənc qız özünü binadan atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə az əvvəl paytaxtın Xətai rayonu, Gəncə prospekti 35 ünvanında qeydə alınıb. 

Gənc qız orada yerləşən yaşayış binasının 7-ci mərtəbəsindən özünü atıb. 

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. 

Araşdırma aparılır. 


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin