Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
11:20 - 24 İyul 2024
Atlantik okeanının cənub hissəsində göyərtəsində rusiyalıların da olduğu balıqçı gəmisi qəzaya uğrayıb. "Argos Georgia"da ümumilikdə 27 heyət üzvü olub.
Manset.az xarici mediaya istinadən məlumat verir ki, Müqəddəs Yelena adasının bayrağı altında üzən gəmi iyulun 21-də limandan çıxıb. İyulun 22-də axşam saatlarında Folklend adalarından təxminən 200 dəniz mili şərqdə olarkən təhlükə siqnalı verib.
"Argos Georgia"nın göyərtəsində rusiyalılardan başqa 10 ispan, beş indoneziyalı, iki uruqvaylı və iki perulu olub. Həlak olanların şəxsiyyətləri hələ açıqlanmadığından, onlardan neçəsinin Rusiya vətəndaşı ola biləcəyi məlum deyil.
Xilasetmə qrupları adaların sahilində xilasetmə qayıqlarında 14 heyət üzvünü aşkar ediblər, yeddi nəfər itkin düşmüş hesab olunur, altı nəfər həlak olub.
EFE agentliyi və İspaniyanın Qalisiya muxtar birliyinin məlumatına görə, ölənlərin sayı səkkiz nəfərə çata bilər. Nəşr xilas edilənlər arasında altı İspaniya vətəndaşının olduğu qeyd edilib.
İtkin düşənlərin axtarışı üçün bir neçə gəmi və helikopter cəlb edilib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin