Çempionlar Liqasında oyunların nəticələri

10:38 - 24 İyul 2024

Çempionlar Liqasında oyunların nəticələri

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilib.


Manset.az xəbər verir ki, bu mərhələdə 14 cütlük növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparır. İlk oyun günündə 11 matç keçirilib. Azərbaycan çempionu "Qarabağ"ın "Linkoln"la (Cəbəllütariq) birinci görüşü də bu günə təsadüf edib. Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin cavab oyunları 30-31 iyul tarixlərində keçiriləcək.

ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunlarının təqvimi belədir:

23 iyul, çərşənbə axşamı

19:00. "Bude Qlimt" (Norveç) - RFS (Latviya) - 4:0

19:30. "Panevejis" (Litva) - "Yaqelloniya" (Polşa) - 0:4

20:00. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) - 0:2

21:00. APOEL (Kipr) - "Petrokub" (Moldova) - 1:0

21:00. "Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları) - 4:1

21:30. FKSB (Rumıniya) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:1

22:00. "Ferensvaroş" (Macarıstan) - THS (Uels)  - 5:0

22:00. "Santa-Koloma" (Andorra) - "Mitülland" (Danimarka) - 0:3

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Partizan" (Serbiya) - 6:2

22:30. "Luqano" (İsveçrə) - "Fənərbaxça" (Türkiyə) - 3:4

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya) - 0:2
 

24 iyul, çərşənbə

21:30. PAOK (Yunanıstan) - "Boraya Banya-Luka" (Bosniya və Herseqovina)

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus)

22:15. "Tsele" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya)


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin