Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
11:00 - 30 Oktyabr 2021
Oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynov öldürülüb.
Prokurorluqdan Manşet.az-a verilən məlumata görə, Z.Hüseynovun qonşusu 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin