Qəbələdə çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO

10:20 - 24 İyul 2024

Qəbələdə çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 45 yaşlı Nadir Ağayev saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 18 ədəd çətənə kolu aşkar edilib.

N.Ağayev narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə N.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.



Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin