İstanbul sahillərində tornado görüntüləndi - VİDEO

09:53 - 24 İyul 2024

İstanbul sahillərində tornado görüntüləndi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda, Karaburun sahilində dənizdə tornado əmələ gəlib.

 

Manset.az xarici mediaya istinadən bildirir ki,sahildə dənizdə çimənlər tornadonu təəccüblə izləyiblər. Bəziləri fırtınaya baxmayaraq üzməyə davam edib, bəziləri isə tornadonun sahilə yaxınlaşması ehtimalını nəzərə alaraq dənizdən çıxıblar.

Qeyd edək ki, meteorologiya idarəsi İstanbulda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etmişdi.

 


Xəbər xətti

7 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin